AQRO

12 Mart

İmişlidə qısa müddətdə 1522 hektar sahədə yazlıq bitkilər əkilib

İmişlidə cari təsərrüfat ilinin məhsulu üçün yazlıq bitkilər əkininə başlanılıb.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildiriblər ki, əkinə mütəşəkkil başlayan məhsul istehsalçıları qısa müddətdə 1522 hektar sahədə yazlıq bitkilər əkiblər. Əkin aparılan sahənin 1488 hektarını yonca, 23 hektarını kartof, 11 hektarını isə tərəvəz sahəsi təşkil edir. Əkinçilər, həmçinin rayonda mövcud olan 4 pambıq emalı müəssisəsi ilə müqavilə bağlayaraq 7 min 754.7 hektar sahədə dondurma şumu aparıb, arata qoyublar. Hazırda əkin sahələri pambıq səpini üçün malalanır. Torpaqda lazımi temperatur yaranan kimi çiyid səpininə başlanılacaq.

Qeyd edək ki, ötən il rayonda 7 min 492.3 hektar sahədə pambıq əkilib və 19 min 715.8 ton məhsul yığılıb.