AQRO

12 Mart

“Aqrolizinq”in nizamnamə kapitalı kəskin azaldılıb

Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Aqrolizinq” ASC-nin nizamnamə kapitalı 14 965 074 manat və yaxud 26,65% azaldılıb.

Şirkətin kapitalı 561 milyon 627 min 540 manatdan 411 milyon 976 min 466 manata endirilib.

Xatırladaq ki, “Aqrolizinq” ölkə prezidentinin 23 oktyabr 2004-cü il tarixli sərəncamı ilə yaradılıb. Səhmdar cəmiyyəti 100% dövlətə məxsusdur. 

© Report