AQRO

04 Mart

Ağsuda heyvandarlıq sahəsində məhsul istehsalı artıb

Ağsu rayonunda heyvandarlıq sahəsində məhsul istehsalı artıb.

Rayon statistika idarəsindən bildirilib ki, ötən iki ayda diri çəkidə ət istehsalı 3,8 ton və ya 0,5 faiz artaraq 800 ton olub. Habelə, süd istehsalı 9,4 ton və ya 0,2 faiz artaraq 4595 tona, yumurta istehsalı isə 93 min ədəd və ya 3,7 faiz artaraq 2 milyon 597 min ədədə çatıb.

©Azertac