AQRO

04 Mart

Zaqatalada 600 fermer elektron sistem üzərindən subsidiya alıb

Zaqatala rayonunda payızlıq əkinlə məşğul olan fermerlərə subsidiyaların verilməsinə başlanılıb. İndiyədək Zaqataladan olan 600 fermer elektron sistem üzərindən “Fermer kartı” vasitəsilə ona hesablanan subsidiyanı alıb.

Bu barədə Fins.az-a Dövlət Aqrar İnkişaf Mərkəzindən məlumat verilib.

Qurumdan bildirilib ki, Zaqatala rayonu üzrə bu günədək elektron sistemdə 18 min 624 fermer öz fərdi identifikasiya nömrəsi ilə qeydiyyatdan keçib. Onlardan 12 min 500 nəfərin mülkiyyət hüququna dair sənədləri təsdiq olunub. Rayon üzrə bu günədək 1414 fermer üçün bank kartı hazırlanıb və indiyədək 600 fermerin kartına vəsait köçürülüb. Fermerlərin payızlıq əkin bəyanlarının yoxlanılması, kartların paylanması və subsidiyaların "Fermer kartlarına"na köçürülməsi prosesi davam edir.