AQRO

03 Mart

Zərdabda son iki ayda 140 min tut tingi əkilib

Zərdab rayonunda ipəkqurdunun yeni bazasının möhkəmləndirilməsi istiqamətində tədbirlər davam etdirilir.

Rayon icra hakimiyyətindən bildirilib ki, təkcə 2020-ci ilin ötən iki ayında rayon ərazisində 140 min ədəd tut tingi əkilib. Bunun 80 mini yerli, 60 mini isə Çin Xalq Respublikasından gətirilən tinglərdir. Hazırda əkilən tinglərə aqrotexniki qulluq göstərilir.

Baramaçılıq Zərdab rayonunda iqtisadiyyatın ənənəvi sahəsidir və son illər bu sahə sürətlə inkişaf edir. Belə ki, 2016-cı ildə rayonda cəmi 5710 kiloqram barama tədarük olunmuşdusa, 2019-cu ildə bu göstərici 12,5 dəfə artaraq 71 ton 539 kiloqrama çatıb.