AQRO

28 Fevral

Azərbaycanda üzüm istehsalı üzrə rayonların reytinqi

Ötən il Azərbaycanda 201 842,4 ton üzüm istehsal olunub ki, bu da 2018-ci il ilə müqayisədə 34 251 ton və ya 20,4% çoxdur.

Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, 2019-cu ildə ölkə üzrə üzümün məhsuldarlığı hər hektara görə 104,8 sentner təşkil edib ki, bu da 2018-ci il ilə müqayisədə 12 sentner və ya 12,9% çoxdur. Təkcə Bakı şəhərində ötən il 10 462,4 ton üzüm istehsal olunub ki, bu da 2018-ci il ilə müqayisədə 31,4% çoxdur. Məhsuldarlıqda 1,5% artaraq hər hektara görə 39,6 sentnerə çatıb.

2019-cu ildə ölkənin iqtisadi rayonları üzrə üzüm istehsalı və məhsuldarlıq siyahısı:


İqtisadi rayon
2019-cu il 2018-ci illə müqayisə, %
istehsal, ton məhsuldarlıq, sent/ha istehsal məhsuldarlıq
1 Gəncə-Qazax 75 074,9 150,7 16,1 1,9
2 Aran 29 836,6 87,2 27 40,2
3 Lənkəran 26 792,4 153,2 44,7 41,6
4 Dağlıq-Şirvan 21 592,9 61,7 28,2 20,7
5 Şəki-Zaqatala 10 684,5 97 3,7 -3,2
6 Quba-Xaçmaz 7 226,5 68,3 7,9 13,6
7 Yuxarı Qarabağ 2 588,5 85 3,3 -6,3
8 Abşeron 877,7 46,5 2,3 dəfə 2,8 dəfə
9 Kəlbəcər-Laçın

 

©Banker