AQRO

25 Fevral

Saatlıda istehsal və emal müəssisəsi yaradılır

Saatlıda kənd təsərrüfatı məhsulları istehsalının daha da artırılması məqsədi ilə iki yeni istehsal və emal müəssisəsi yaradılır.

Fins.az xəbər verir ki, 7 min hektar ərazisini əhatə edən “İD-Aqropark”ı rayonun Azadakənd, “Rom-Alpinos süd və ət məhsulları” MMC isə Sımada kəndi yaxınlığında yaradılır. “İD-Aqropark”da kənd təsərrüfatı məhsulları istehsalı və emalı ilə bağlı müxtəlif bitki növləri becəriləcək, 200 hektar sahədə meyvə bağı salınacaq, soyuducu anbar, istixana, tövlə, yem zavodu, quşçuluq fabriki tikiləcək.

“Rom-Alpinos süd və ət məhsulları” MMC-nin ərazisində isə 3 yardımçı ferma, eləcə də müasir tipli fermalar tikiləcək.

Hazırda təsərrüfatlara yol, su, elektrik xətləri çəkilir, körpülər salınır, kanal və drenaj şəbəkələr qurulur.

“İD-Aqropark”da işlər tam başa çatandan sonra 390, “Rom-Alpinos süd və ət məhsulları” MMC-də isə 60 nəfər daimi və mövsümü işlərlə təmin olunacaq.

©azertac