AQRO

24 Fevral

Kənd təsərrüfatı məhsullarının indeksi açıqlanıb

Yanvar ayında kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri indeksi 2019-cu ilin dekabr ayı ilə müqayisədə 101,8 faiz, o cümlədən bitkiçilik məhsulları üzrə 102,7 faiz, heyvandarlıq məhsulları üzrə isə 101,1 faiz təşkil edib.

Dövlət Statistika Komitəsindən bildirilib ki, ay ərzində meşə təsərrüfatı məhsullarının istehsalçı qiymətləri indeksi dekabr ayına nisbətən 100,0 faiz, balıq və digər balıqçılıq məhsullarının istehsalçı qiymətləri indeksi isə 100,3 faiz olub.