AQRO

24 Fevral

Ukraynada karantində olanlara ərzaq gətirilməsi qadağan edildi - FOTO

Ukraynada karantində olan vətəndaşlara ərzaq gətirilməsi qadağan edilib.

Fins.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildirilib.

“Biz kəskin respirator virus infeksiyası üzərində müşahidə aparırıq, diareya xəstəlikləri ilə əlaqədar növbəti araşdırma aparılmasını istəmirik”, - deyə nazir müavini Viktor Lyaşko qeyd edib.

Lyaşko hazırda sanatoriyanın ərazisində qida blokunun fəaliyyət göstərdiyini, karantində olanlar üçün yeməyin həmin yerdə hazırlandığını vurğulayıb.

O eyni zamanda, müşahidə üçün antiseptik maddələrin, yalnız şəxsi gigiyena və sənaye məhsullarının gətirilməsinə icazə verildiyini deyib.

Qeyd edək ki, fevralın 20-də Çindən təxliyyə olunmuş Ukrayna vətəndaşları avtobusla vətənlərinə qayıdıblar.

Yerli sakinlər buna etiraz edərək yolları bağlayıb, polislə qarşıdurma yaranıb və ölkə Prezidenti Vladimir Zelenski vətəndaşları bu davranışlarına görə qınayıb.