AQRO

22 Fevral

Azərbaycanda heyvanlarda qəribə xəstəlik: Yüzlərlə qoyun qəflətən öldü

Qoyunlar anidən yerə yıxılır və sinələri partlayır. Ölüm anı isə heç bir dəqiqədə çəkmir. 

Fins.az xəbər verir ki, hadisə Abşeron rayonun Xanqulu qışlaq yatağında baş verib. Bu barədə bakutv məlumat verib. 

Təsərrüfat sahibi Seyran Kərimovun sözlərinə görə, son dörd ayda bu xəstəlikdən 751 baş xırda buynuzlu heyvanı tələf olub və xəstəliyin isə çarəsi tapılmır.

Təsərrüfat sahibi bildirib ki, heyvanların cəsədindən dəfələrlə müayinələr götürülüb. Hər dəfəsində heyvanların ölüm səbəbi  başqa olub. Buna görə Kənd Təsərrüfatı Nazirliyinə müraciət edib. Xırda buynuzlu heyvanların ölümü təsərrüfat sahibini çaş-baş salıb. Bu xəstəliyə isə ilk dəfədir rast gəldiyini bildirib. Onun sözlərinə görə, xəstəliyin nədən baş verdiyini mütəxəssislər də ayırd edə bilməyib.