AQRO

22 Fevral

1 milyon hektardan çox sahədə payızlıq bitkilər səpilib

Tarlalarda, meyvə bağlarında və üzümlüklərdə becərmə işləri davam etdirilir, eyni zamanda, yazlıq bitkilərin əkini üçün hazırlıq tədbirləri görülür. Payızlıq taxıl sahələrində isə aqrotexniki tədbirlərin aparılması işi davam etdirilir.

Dövlət Statistika Komitəsindən bildirilib ki, ilkin məlumatlara görə, 2020-ci ilin məhsulu üçün 1 milyon 10,6 min hektar sahədə dən üçün payızlıq bitkilər səpilib. Bunun 641 min hektarını (63,4 faizi) buğda, 369,3 min hektarını (36,5 faizi) arpa və 0,3 min hektarını (0,1 faizi) çovdar təşkil edib.