2019-cu ildə Azərbaycanın pərakəndə ticarət dövriyyəsi 3,6% artaraq 39,39 mlrd. manata çatıb və təkcə bu ilin yanvar ayında ötən ilin eyni ayı ilə müqayisədə 3,2% artaraq 3,1 mlrd. manata bərabər olub.
Dövlət Statistika Komitəsindən Fins.az-a verilən məlumata görə, ötən il ölkənin bütün regionlarında pərakəndə ticarət dövriyyəsində artım müşahidə olunub. Bələ ki, Azərbaycanın ötənilki pərakəndə ticarət dövriyyəsində ən çox pay sahibi (13,3%) Aran iqtisadi rayonu olub, ən çox artım isə (7,5%) Abşeron iqtisadi rayonu üzrə qeydə alınıb.
2019-cu ildə pərakəndə ticarət dövriyyəsinin iqtisadi rayonlar üzrə payı və artım dinamikası:
# |
İqtisadi rayon |
Pərakəndə ticarət dövriyyəsi, mln. manat |
Ümumi pərakəndə ticarət dövriyyəsində pay, % |
Pərakəndə ticarət dövriyyəsinin artımı, % |
1 |
Aran |
5 239,1 |
13,3 |
2,9 |
2 |
Gəncə-Qazax |
3 190,7 |
8,1 |
2,9 |
3 |
Lənkəran |
1 851,4 |
4,7 |
1,8 |
4 |
Abşeron |
1 615,1 |
4,1 |
7,5 |
5 |
Quba-Xaçmaz |
1 339,3 |
3,4 |
4,8 |
6 |
Şəki-Zaqatala |
1 299,9 |
3,3 |
2,5 |
7 |
Dağlıq Şirvan |
709,1 |
1,8 |
1,4 |
8 |
Yuxarı Qarabağ |
275,7 |
0,7 |
1,3 |