AQRO

20 Fevral

Azərbaycan Tailanda qurudulmuş xurma, Litvaya brendi, Yaponiyaya isə limonad ixrac edəcək

Moskva şəhərində keçirilən “Prodexpo 2020” beynəlxalq ərzaq sərgisi çərçivəsində azərbaycanlı sahibkarlar xarici həmkarları ilə görüşlər keçirib, ixraca dair razılıqlar əldə edib, müqavilələr bağlayıblar.

Fins.az-ın Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (Azpromo) istinadən verdiyi məlumata görə, belə ki, “Balxurma” şirkəti qurudulmuş xurma məhsullarının Tailanda ixracına dair müqavilə imzalayıb.

Bundan başqa, Göygöl Şərab Zavodunun istehsalı olan şərab və brendinin Litvaya, “Tac- Gülüstan” şirkəti mineral su və limonad məhsullarının Yaponiyaya ixracına, “Az-Granata” şirkəti Rusiyada spirtli içkilərin idxalı ilə məşğul olan şirkət ilə distributorluq müqaviləsinin bağlanmasına dair razılıq əldə edib.