AQRO

19 Fevral

Bu şəhər və rayonlarda özəl ət kəsimi məntəqələri yaradılacaq

Muxtar respublikanın Dövlət Baytarlıq Xidmətinin və İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə muxtar respublikanın şəhər və rayonlarında özəl ət kəsimi məntəqələri yaradılacaq.

Fins.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin fevralın 17-də təsdiq etdiyi “2020-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında baytarlıq təbabətinin inkişafı üzrə Dövlət Proqramı”nda qeyd olunur. Dövlət Proqramında qeyd edildiyi kimi, muxtar respublikada əhalinin keyfiyyətli ət və süd məhsullarına tələbatının ödənilməsi məqsədilə heyvandarlığın inkişafına xüsusi diqqət yetirilir.

Qəbul olunmuş Dövlət proqramlarının icrası, maliyyə dəstəyinin gücləndirilməsi, süni mayalandırmanın tətbiqi və cins tərkibinin yaxşılaşdırılması, qüvvəli yem istehsalı müəssisələrinin fəaliyyətə başlaması heyvandarlığın inkişafına səbəb olub, bu sahə üzrə fermer və ailə təsərrüfatları yaranıb, məhsul istehsalı artıb. Hazırda muxtar respublikada iribuynuzlu heyvanların sayı 115 min 620 başa, xırdabuynuzlu heyvanların sayı 704 min 57 başa, quşların sayı 1 milyon 307 min başa, arı ailələrinin sayı isə 99 min 798-ə çatdırılıb.