AQRO

18 Fevral

Neftçalada pambıq əkininə hazırlıqla əlaqədar qış aratına başlanılıb

Neftçalada pambıq əkininə hazırlıqla əlaqədar qış aratına başlanılıb.

 

Fins.az xəbər verir ki, pambıqçılığın inkişafını diqqət mərkəzində saxlayan fermerlər fevral ayından sahələrdə qış aratı aparırlar. Təcrübəli fermer Namiq Bağırov bu il 60 hektar sahədə pambıq əkməyi nəzərdə tutub. O, artıq 45 hektara yaxın sahədə qış aratı aparıb. “İndiki vaxtda qış aratının aparılması torpağı qüvvətləndirməklə yanaşı, həm də ziyanvericilərin sürfələrinin məhv edilməsində ən yaxşı üsuldur. Qış aratı başa çatdıqdan sonra torpaqda səpin qabağı nəmlik yaratmaq məqsədi ilə yaz aratı da aparılacaq. Bundan sonra isə çiyid səpininə başlanılacaq”, - deyə fermer bildirib.

Qeyd edək ki, bu il rayonda 20 min tondan artıq pambıq tədarük etmək üçün 6 min 479 hektar sahədə pambıq əkmək nəzərdə tutulub.

©Azertac