AQRO

18 Fevral

Kürdəmirdən 16 ölkəyə on bir çeşiddə məhsul ixrac olunub

Ötən il Kürdəmir rayonundan 16 ölkəyə on bir çeşiddə 23 min 776 ton məhsul ixrac edilib. Bu da 2018-ci ildəki göstəricidən 5 min 200 ton çoxdur.

Rayon icra hakimiyyətindən bildirilib ki, rayonda fəaliyyət göstərən sahibkarlar və şirkətlər bir sıra ölkələrə məhsul ixracını ildən-ilə artırırlar. Belə ki, yola saldığımız 2019-cu ildə Türkiyəyə 315 ton, İrana 50 ton pambıq mahlıcı, İraqa 25 ton buğda unu göndərilib. Bundan başqa, İrana 17 min 470 ton, İsrailə 120 ton, Gürcüstana 407 ton, Hindistana 120 ton, eləcə də Sinqapura, Ukraynaya, Polşaya və Yaponiyaya biyan kökü ixrac olunub.

Meyvə-tərəvəz ixracında da 2018-ci illə müqayisədə xeyli artım olub. Keçən il Rusiyaya 2767,5 ton nar, 115,5 ton xurma, 345 ton pomidor ixrac edilib. Ukraynaya 1280 ton nar, 129 ton xurma, 20,5 ton kələm, Belarusa 129 ton, Fransaya 16,8 ton, Qətərə 17,7 ton, Polşaya 33,7 ton, BƏƏ-yə 0,55 ton, Gürcüstana 23,6 ton nar, Polşaya 18,7 ton xiyar, Gürcüstana 24 ton qarpız, Türkiyəyə 47,6 ton baş soğan, BƏƏ-yə 0,459 ton xurma göndərilib.

©azertac