AQRO

17 Fevral

Naxçıvanda özəl baytarlıq klinikaları yaradıla bilər

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov fevralın 17-də “2020-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında baytarlıq təbabətinin inkişafı üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. 

Dövlət Proqramında Naxçıvanda özəl baytarlıq klinikalarının yaradılmasının dəstəklən­məsi nəzərdə tutulur. 

Proqramda sözügedən bəndə cavandeh dövlət qurumu kimi yerli Dövlət Baytarlıq Xidməti göstərilib. Bununla yanaşı, proqramda müayinə və analizlərin beynəlxalq stan­dartlara uyğun şəkildə aparılması məqsədilə mövcud baytarlıq laborato­riyalarından səmərəli istifadə etməklə onların maddi-texniki bazasının gücləndirilməsi, heyvanların cins tərkibinin yaxşılaşdırıl­ması, məhsuldarlığın yüksəldilməsi, təbii yolla keçən xəstəliklərin qarşısının alınması məqsədilə süni mayalanma tədbirlərinin əhatə dairəsinin genişləndi­rilməsi və əhali arasında maarifləndirmə işlərinin aparılması kimi məsələlər də yer alıb. 

 

© Report