AQRO

17 Fevral

Baş fitosanitar müfəttişi: "Anbarlarda qalan zərərli orqanizmlər inkişaf edərək ətrafa yayılır"

“Artıq zərərli orqanizmlərlə mübarizə tədbirlərinə başlanılmalıdır”.

Fins.az xəbər verir ki, bu fikirləri Qida Təhlükəsizliyi Agentliyinin şöbə müdiri, respublikanın baş fitosanitar müfəttişi Xəyalə Dadaşova “Qida bələdçisi” verilişində səsləndirib. O qeyd edib ki, qış aylarında passivləşən zərərli orqanizmlər havaların mülayimləşməsi ilə aktivləşməyə başlayır.

X.Dadaşova nəzərə çatdırıb ki, istixana zərərvericiləri də mövcuddur. Örtülü sahələrdə zərərli orqanizmlərə qarşı mübarizə aparmaq üçün hansısa fəsli gözləmək lazım deyil.

“Hazırda anbarların boş vaxtıdır. Orada qalan zərərli orqanizmlər inkişaf edərək ətrafa yayılır. Buna görə də mütəmadi olaraq fumiqasiya tədbirləri həyata keçirmək vacibdir” – deyə o, əlavə edib.