AQRO

17 Fevral

Qida Təhlükəsizliyi İnstitutunun şöbə müdiri: "Qəssablar heyvanda xəstəlik olduğunu bilməyə bilər"

“Ət məhsulları xüsusi risk qrupuna aid olan qidalardandır. Ona görə də diqqətli olmaq və baytarlıq nəzarətindən keçmiş ət almaq lazımdır”.

Fins.az xəbər verir ki, bunu Qida Təhlükəsizliyi İnstitutunun şöbə müdiri Ceyhun Əliyev “Qida bələdçisi” verilişində deyib. O qeyd edib ki, qəssablar heyvanda xəstəlik olduğunu bilməyə bilər. Baytar həkimlər isə həm kəsimdən əvvəl nəzarət həyata keçirir, həm də kəsimdən sonrakı müayinə və soyudulma prosesinə diqqətli yanaşırlar. Bəzi xəstəliklər var ki, heyvan diri ikən biruzə verməyə bilər. Baytar həkimlər kəsimdən sonra daxili orqanlardakı dəyişiklikdən xəstəlik olub-olmadığını müəyyən edir.

Ətin soyudulmasının da vacibliyini qeyd edən şöbə müdiri bu zaman virus mənşəli törədicilərin məhv olduğunu vurğulayıb.

“Buna görə də ət 24 saat ərzində +4 və 0 dərəcələri arasında soyudulmalı, sonra istehlakçıya ötürülməlidir” deyə bildirib