AQRO

13 Fevral

Qlobal miqyasda baş verən iqlim dəyişmələri Azəraycanda torpaq iqlim şəraitinə də ciddi təsir göstərir

Qlobal miqyasda baş verən iqlim dəyişmələri ölkəmizin torpaq iqlim şəraitinə də ciddi təsir göstərir.

Fins.az xəbər verir ki, bu fikri Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin direktoru İmran Cümşüdov "Əlverişsiz iqlim şəraitinin kənd təsərrüfatına təsirləri" mövzusunda keçirilən mətbuat konfransında deyib.

O əlavə edib ki, yağıntı və şaxtanın olmaması, mövsümün mülayim keçməsi, ilk növbədə, əkinçilikdə bitkilərin vegativ inkişafının normada getməsinə mane olmaqla yanaşı, ziyanvericilərin aktivləşməsinə səbəb olur.

İmran Cümşüdov qeyd edib ki, mərkəz son dövrlər maarifləndirmə tədbirlərini gücləndirərək fermerlər arasında bilik və bacarıqların artırılmasına, kiçik və orta təsərrüfatlarda innovativ becərmə texnologiyalarının təbliğinə, quraqlıqla əlaqədar resursqoruyucu aqrotexniki tələblərin təmin olunmasını aşılamağa çalışır. Bu maarifləndirmə tədbirləri mərkəzin strukturuna daxil olan 7 elmi-tədqiqat institutu, 48 təcrübə təsərrüfatı, 8 regional elm və innovasiya mərkəzi tərəfindən keçirilir.