AQRO

12 Fevral

Nazirlik fermerləri su resurslarından faydalı istifadəyə çağırır

Qlobal miqyasda gedən iqlim dəyişmələri ölkəmizin torpaq-iqlim şəraitinə də ciddi təsir göstərir.

Bunu Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin direktoru İmran Cümşüdov “Əlverişsiz iqlim şəraitinin kənd təsərrüfatına təsirləri” mövzusunda keçirilən mətbuat konfransında deyib.

O əlavə edib ki, yağıntı və şaxtanın olmaması, mövsümün mülayim keçməsi ilk növbədə əkinçilikdə bitkilərin vegetativ inkişafının normada getməsinə mane olmaqla yanaşı ziyanvericilərin aktivləşməsinə səbəb olur. İ.Cümşüdov qeyd edib ki, mərkəz son dövrlər maarifləndirmə tədbirlərini gücləndirərək fermerlər arasında bilik və bacarıqların artırılmasına, kiçik və orta təsərrüfatlarda innovativ becərmə texnologiyalarının təbliği olunmasına çalışılır, quraqlıqla əlaqədar resurquruyucu aqrotexniki tələblərin təmin olunmasını aşılımağa çalışılır. Bu maarifləndirmə tədbirləri mərkəzin strukturuna daxil olan 7 elmi-tədqiqat institutu, 48 təcrübə təsərrüfatı, 8 regional elm və innovasiya mərkəzi tərəfindən keçirilir.

O vurğulayıb ki, qabaqlayıcı tədbirlər olaraq quraqlığa davamlı bitki sortlarının yaradılması, su resurslarından faydalı istifadə etməkdir: “Məqsədimiz iqlim dəyişikliyinin təsirinin azaltmaqdır”.

©Report