AQRO

12 Fevral

Əlverişsiz iqlim şəraiti ilə əlaqədar gəmiricilərə qarşı mübarizə tədbirləri artırılıb

Taxılçılıqda əkin sahələrinin mövcud vəziyyətinin təhlil olunması, məhsuldarlığın artırılması, xəstəliklərə, zərərvericilərə və gəmiricilərə qarşı vaxtında düzgün aqrotexniki tədbirlərin aparılması, payızlıq əkinlərin iqlimdən asılı olaraq qışlama dövrünün normal keçməsi və gecikmiş əkinlərin normal inkişafı üçün profilaktik tədbirlərin aparılması vacibdir.

Fins.az xəbər verir ki, bu sözləri Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Faiq Xudayev "Əlverişsiz iqlim şəraitinin kənd təsərrüfatına təsirləri" mövzusunda keçirilən mətbuat konfransında deyib.

O qeyd edib ki, əlverişsiz iqlim şəraiti ilə əlaqədar gəmiricilərə qarşı mübarizə tədbirləri artırılıb. Xəstəlik və zərərvericilərin yayılmaması üçün dərmanlama işi aparılır.

©azertac