Ağsu rayonunda pambıqçılıqla məşğul olan fermerlər gələcək bol məhsul üçün zəruri aqrotexniki tədbir olan dondurma şumunu başa çatdırıblar.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, qarşıdakı mövsümdə 500 hektarda pambıq əkilməsi nəzərdə tutulub. Artıq pambıq əkini ilə əlaqədar “P-Aqro” MMC 30 nəfər torpaq mülkiyyətçisi ilə müqavilə bağlayıb.
Qeyd edək ki, cari mövsümdə 12 icra nümayəndəliyində “ağ qızıl” yetişdiriləcək. Bu nümayəndəliklərin əksəriyyətində, o cümlədən Çaparlı, Xəlilli, Ərəbuşağı, Qaraqoyunlu, Bozavand, Ərəbmehdibəy ərazi dairələrində dondurma şumu yüksək keyfiyyətlə aparılıb.
Hazırda dondurma şumu çıxarılan sahələrdə qış aratına başlanıb.
©azertac