AQRO

11 Fevral

Neftçalada pambıq sahələrinin şumlanması işləri davam edir

Neftçalada pambıq sahələrində şum işləri davam edir.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildiriblər ki, bu günə kimi rayonda 2 min 907 hektar sahədə dondurma şumu aparılıb. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 71 hektar çoxdur. Əkinçilər bundan sonra daha 3 min 593 hektar sahədə şum aparacaqlar.

Torpaq sahiblərinin sözlərinə görə, gələcək bol məhsulun bünövrəsi məhz bu dövrdə qoyulur. Fermerlər strateji sahə olan pambıqçılığı inkişaf etdirmək və bol məhsul götürmək üçün növbəli əkin sisteminə üstünlük verirlər. Artıq 4 pambıq emalı müəssisəsi ilə 6 min 442.3 hektar sahədə pambıq əkilməsi üçün 4 min 294 məhsul istehsalçısı ilə müqavilə bağlanılıb və bu iş davam etdirilir.

Qeyd edək ki, ötən il rayonda 5 min 7 hektar sahədə pambıq əkilib və 16 min 75 ton məhsul yığılıb.