AQRO

08 Fevral

Ötən il bu rayonda rekord vurulub - 14319 ton tərəvəz yığılıb

Keçən il Samux rayonunda 697,5 hektar sahədə tərəvəz əkilib.

Samux Rayon Statistika İdarəsindən Fins.az-a bildirilib ki, sahələrdən 14319 ton tərəvəz yığılıb. Bu, son 16 ildə rayon üzrə ən yüksək göstəricidir. Tərəvəz məhsulunun 2253 tonu kənd təsərrüfatı müəssisələrində, 12066 tonu isə əhali təsərrüfatlarında becərilib. Təsərrüfatlardan, o cümlədən 6897 ton pomidor, 1687 ton badımcan, 2066 ton xiyar, 650 ton baş soğan, 578 ton sarımsaq, 552 ton bibər, 633 ton lobya, 308 ton kələm, 100 ton yerkökü, 85 ton süfrə çuğunduru, 763 ton isə sair tərəvəz yığılıb.

Rayonda istehsal olunan tərəvəz əhalinin ərzaq tələbatını ödəməklə yanaşı, şəhər bazarlarına çıxarılıb, eyni zamanda, bir sıra ölkələrə ixrac olunub.