AQRO

06 Fevral

Regionlarda taxıl emalı üzrə 2 zavod inşa ediləcək

Kənd Təsərrüfatı Nazirliyi Cəlilabad rayonunda taxıl emalı üzrə zavodun layihələndirilməsinə tender elan edib. Bu barədə nazirliyin elanında deyilir.

 

Bundan əlavə, nazirlik Sabirabad rayonunda analoji zavodun layihələndirlməsinə dair tender elan edib.

 

Hər tenderdə iştirak haqqı 50 manatdır.

 

Hər tender üzrə təkliflər 2020-ci il martın 10-dək qəbul olunur. Zərflərin açılması martın 11-də baş tutacaq.