AQRO

03 Fevral

Agentlik Bakıdakı restoranla bağlı araşdırmalara başlayıb

Bakının Xətai rayonu ərazisində yerləşən “50 Qəpik” adlanan restoranda antisanitar vəziyyətlə bağlı rəsmi olaraq araşdırmalara başlanılıb.

 

Bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən sorğusuna cavab olaraq bildirib.


Agentlikdən vurğulanıb ki, qeyd edilən məsələ ilə bağlı məlumatlar mediadan götürülüb və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən araşdırmalara başlanılıb. Hazırda bu istiqamətdə araşdırmalar davam etdirilir. Araşdırmalar yekunlaşdıqdan sonra nəticələri ilə bağlı məlumat veriləcək.

 

Xatırladaq ki, ötən gün “Xətai” metrostansiyasının yaxınlığında yerləşən “50 Qəpik” adlanan restoranda yeməklərin yanında tarakanın gəzdiyinə dair videogörüntülər yayılmışdı.

 

© Oxu