BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Azərbaycanda “Fındıqçılığın inkişafına dəstək” layihəsinin icrasına hazırlaşır.
Bu barədə açıqlamasında FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin proqramlar üzrə mütəxəssisi Kaan Başaran məlumat verib.
Onun sözlərinə görə, yaxın vaxtlarda reallaşdırılmasına start veriləcək layihənin məqsədi fındıqçılıq sahəsində müasir avadanlıqdan istifadə etməklə məhsuldarlığın artırılmasıdır.
“Layihənin həyata keçirilməsi üçün beynəlxalq ekspertlər ölkəyə gəlib ilkin qiymətləndirmələr apardılar və biz nəticələri hökumətə təkliflər şəklində təqdim etdik. Layihənin büdcəsi 1,3 milyon ABŞ dolları təşkil edir və yaxın zamanlarda icrasına başlanılmasına gözlənilir”, - FAO rəsmisi qeyd edib.
©Report