2019-cu ilin sentyabr ayından başlayaraq "Şәhәrdәn-Kәndә" layihәsi çәrçivәsindә İsmayıllı, Şamaxı, Şәki, Quba, Zaqatala, Balakәn, Lәnkәran vә Göyçay rayonlarına aqroturlar tәşkil edilib.
Fins.az xəbər verir ki, bu barədə “Aqrar tәdarük vә tәchizat” Açıq Sәhmdar Cәmiyyәtinin 2019-cu ilə dair hesabatında deyilir.
Aqroturlarda 800-dәn çox turist iştirak edib ki, onlardan 150 nәfәri 12 müxtәlif xarici ölkә vәtәndaşı olub.
Ümumilikdә, 183 fermerlә infosessiya keçirilib vә 158 fermer layihәyә qoşulmaq
üçün müraciәt edib. Hazırda aqroekoturizm sahәsinin inkişafı ilә әlaqәdar
tәdbirlәr davam etdirilir.