2019-cu ildə Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqrar Tədarük və Təchizat” ASC ötən il ümumilikdә 2014 tәchizetmә nöqtәsinә 57 937 ton mәhsul tәchiz edilib.
Fins.az “Aqrar Tәdarük vә Tәchizat” ASC-nin 2019-cu il әrzindә görülmüş işlərlə bağlı hesabatına istinadən xəbər verir ki, 163 mәhsul üzrә 310 istehsalçı vә satıcıdan tәklif qәbul edilib.
Məlumata görə, hәmin tәkliflәr üzrә müvafiq araşdırmalar aparıldıqdan sonra 177 istehsalçı vә satıcı ilә müqavilә imzalanıb: “Dövlәt büdcәsindәn maliyyәlәşәn 867 müәssisә vә tәşkilatla satınalma müqavilәsi imzalanmış vә müqavilәyә әsasәn mәrkәzi vә yerli icra hakimiyyәti orqanlarına mәxsus 2014 tәchizetmә nöqtәsinә әrzaq tәchizatı hәyata keçirilmәyә başlanılıb”.