AQRO

29 Yanvar

Samuxda kənd təsərrüfatı istehsalının 50 faizdən çoxunu heyvandarlıq məhsulları təşkil edir

Bu ilin əvvəlinə Samux rayonundakı heyvandarlıq təsərrüfatlarında 23572 baş iribuynuzlu heyvan, 139946 baş qoyun və keçi qeydə alınıb.

Samux Rayon Statistika İdarəsindən bildirilib ki, iribuynuzlu heyvanın 671 başı kənd təsərrüfatı müəssisələrində, 22901 başı isə əhali təsərrüfatlarında, qoyun və keçilərin 16453 başı kənd təsərrüfatı müəssisələrində, 123493 başı isə əhali təsərrüfatlarında qeydə alınıb.

Ötən il diri çəkidə ət istehsalı əvvəlki ilə nisbətən 2,7 faiz artaraq 5739 ton, süd istehsalı 1,9 faiz artaraq 31358 ton, yumurta istehsalı 13,7 faiz artaraq 7435 min ədəd, yun istehsalı isə 260,5 ton olub.

Rayon üzrə kənd təsərrüfatı məhsullarının istehsal həcmi 89392,5 min manat olub ki, bunun da 45485,8 min manatını və ya 50,9 faizini heyvandarlıq məhsulları təşkil edir.