AQRO

29 Yanvar

Koronavirus təhlükəsinin yaşandığı Çindən ərzaq məhsulları baxımından elə də asılı deyilik

"Azərbaycan koronavirus təhlükəsinin yaşandığı Çindən ərzaq məhsulları baxımından elə də asılı deyil. Son illər ölkəmizin ərzaq təminatında ciddi irəliləyişlər əldə edilib. Biz özümüzü demək olar ki, bütün ərzaq məhsulları ilə təmin edə bilirik".

Fins.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müavini Ramil Hüseyn deyib.

"Çin Azərbaycanın qeyri-neft ixracı üzrə siyahıda 7-ci yerdə qərarlaşıb.  Azərbaycanın Çinə ümumi ixracının 5%-i qeyri neft sektoruna aiddir. Çinə əsasən neft və kimya sənayesi məhsulları ixrac edirik. Ötən il Çinə 752 milyon ABŞ dolları məbləğində ixrac həyata keçirmişik. Çindən isə il ərzində 3 minə yaxın məhsul idxal edirik. Bunlar əsasən şabalıd, limon şirəsi  fıstıq və digər məhsullardır. Hesab edirəm bu məhsulları yerli məhsullarla əvəz etmək mümkündür".