AQRO

20 Yanvar

Azərbaycanın kənd təsərrüfatı və ərzaq məhsullarının 90% bu ölkələrə göndərilir

Qeyri–neft mal və xidmətləri üzrə ticarətin əsas həcminə görə regional inteqrasiya Azərbaycanın geosiyasi və iqtisadi mövqeyi üçün əhəmiyyətlidir.

Fins.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsində qeyd olunub

Azərbaycanın kənd təsərrüfatı və ərzaq məhsullarının, demək olar ki, 90 faizi Rusiya, Gürcüstan və Orta Asiya ölkələrinə göndərilir. 24 Qonşu ölkələrlə ticarət sazişlərinin yekunlaşdırılması Azərbaycana daha sərfəli şərtlərlə xarici bazarlara mal və xidmət ixracını genişləndirmək imkanı verəcəkdir. Həmçinin, regional inteqrasiya xarici investorlar üçün Azərbaycanın ixracyönümlü investisiya cəlbediciliyini artıracaqdır. 2025-ci ilədək regional inteqrasiyanı davam etdirərək, Azərbaycanda xüsusən yüksəkdəyərli məhsul və xidmətlər üçün qlobal dəyər zəncirlərinə inteqrasiya məqsədilə əlaqələr qurulacaq və sazişlər imzalanacaq.