AQRO

20 Yanvar

Quzular müəmmalı səbəbdən tələf olur - VİDEO

Ucarın Qəzyan kəndinin sakinləri Fikrət Cəlilov və oğlu Cavid  birləşərək fərdi təsərrüfat yaradıblar.

Lakin 3 ildir ki, qış aylarında yeni doğulan quzular tələf olur. Görülən tədbirlərə baxmayaraq, hələ də tələfatın qarşısını almaq mümkün deyil. Fermerin sözlərinə görə, həkim məsləhəti ilə qoyunlara dərmanlar vurulur. Lakin quzular ana südü ilə qidalandıqları üçün dərmanlar quzularda əks-təsir yaradır.

Bir neçə gündən sonra isə quzular tələf olur. Xırda buynuzluların tələf olması ilə bağlı təsərrüfat sahibləri Ucar Rayon Baytarlıq idarəsinə məlumat veriblər. Dəfələrlə həmin təssərrüfatda olan heyvanlara baxış keçirilib.


İki dəfə heyvanların saxlanıldığı tövlə dezinfeksiya olunub. Məsələ ilə bağlı Ucar Rayon Baytarlıq İdarəsinin rəisi Xaləddin Əsgərov bildirib ki, tələfatın ilkin səbəbləri məlumdur, lakin dəqiq səbəblər laboratoriyanın cavabından sonra məlum olacaq. Baytarlıq idarəsindən təsəssüfat sahiblərinə örüş, otlaq sahəsini dəyişmək və heyvanlara tərkibinin daha zəngin olduğu yemlərin verilməsi tövsiyə edilib.