Yanvarın 17-də Almaniyanın paytaxtı Berlin şəhərində qida, kənd təsərrüfatı və bağçılıq sahəsində ənənəvi “Beynəlxalq Yaşıl Həftə” (“International Green Week”) sərgisi öz işinə başlayıb.
Bu barədə Fins.az-a Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) bildirilib.
Qeyd edilib ki, yanvarın 26-dək davam edəcək sərgidə AZPROMO-nun təşkilatçılığı ilə qida, şərab və digər spirtli içki istehsalı, eləcə də kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən 11 Azərbaycan şirkəti 180-dək çeşiddə məhsulunu “Made in Azerbaijan” vahid ölkə stendində nümayiş etdirir.
Qeyd edək ki, 70-dən çox ölkədən 1500-dən çox şirkətin iştirak etdiyi və Avropanın ən iri sərgisi hesab olunan “Beynəlxalq Yaşıl Həftə" sərgisində Azərbaycan 12-ci dəfə təmsil olunur.