2019-cu il aqrar sektorun digər sahələrində də müsbət nəticələr əldə olunub.
Fins.az xəbər verir ki, 2019-cu ilin yanvar-noyabr aylarında sahələrdən 3512,4 min ton taxıl toplanıb.
Qeyd edək ki, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,9 faiz çoxdur. Qeyd olunan dövrdə ölkə üzrə 2171,5 ton buğda (+6,3 faiz), 1015,5 ton arpa (+7,8 faiz) və 259,4 min ton qarğıdalı (+14,4 faiz) yığılıb.