AQRO

17 Yanvar

Pambıq və pambıq məhsullarının İDXALI və İXRACI

2019-cu ildə ixrac edilən qeyri-neft sektoruna aid məhsulların siyahısında pambıq mahlıcı önə çıxıb.

Fins.az xəbər verir ki, pambıqçılığın inkişafına verilən dəstək nəticəsində 2019-cu ildə pambıq lifinin ixracının dəyəri 54% artaraq 124 milyon dollar təşkil edib.

Ümumiyyətlə, isə qeyri-neft ixracın artmasına kənd təsərrüfatı sektoru böyük töhfə verir.

Pambıq istehsalı da keçən il rekord həddə çatıb - 294 min ton. məhsuldarlıq 29,4 sentner, yəni, 30 sentnerə yaxındır.

Xatırladaq ki, sovet dövründə cəmi iki, ya üç il ərzində bu dərəcədə məhsuldarlıq olmuşdu.

Pambıqçılıqda ümumi məhsul artımı 26,4% olmuş, məhsuldarlıq isə 67,6 % artıb.

2019-cu ildə Azərbaycandan 89,7 min ton pambıq lifi və 12,8 min ton pambıq ipliyi ixrac edilib.

İxrac edilən pambıq lifinin dəyəri 123,9 milyon, pambıq ipliyinin dəyəri isə 30,1 milyon ABŞ dolları olub.

Xatırladaq ki, 2018-ci ildə ölkədən 80,4 milyon dollarlıq 54,3 min ton pambıq lifi, 23,6 milyon dollarlıq 9,5 min ton pambıq ipliyi ixrac edilmişdi.

Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin siyahısına isə ARDNŞ-nin “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi” başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunurlar: "Azərenerji" ATSC, "Azəralüminium" MMC, "Azergold" QSC, "Azərbaycan Hava Yolları" QSC, “CTS-Agro” MMC, "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC, "Bakı Neft Maşınqayırma Zavodu" TASC, "Azəripək" MMC, "Azərbaycan Dəmir Yolları" QSC.