AQRO

09 Yanvar

Azərbaycanın bu rayonunda ötən il 4 min tondan çox ət istehsal olunub

Şamaxı rayonunun heyvandarları yola saldığımız 2019-cu ili bir sıra uğurlu nəticələrlə başa vurublar.

Rayon statistika idarəsindən bildirilib ki, son vaxtlar ənənəvi sahə olan heyvandarlıqda inkişaf meyilləri güclənir. Təkcə ötən il iribuynuzlu mal-qaranın baş say 676 baş artaraq 28 min 672 başa, davarların sayı isə 13 min 45 baş artaraq 138 min 990 başa çatıb.

Ötən il ət, süd, yumurta istehsalında da diqqətəlayiq artım olub. Belə ki, diri çəkidə ət istehsalı 279 ton çoxalıb və 4035 ton təşkil edib. Süd istehsalı isə 4687 ton artaraq 29 min 483 tona çatıb. Yumurta istehsalı isə 5 milyon 487 ədəd artıb və 16 milyon 325 min ədəd olub.