AQRO

08 Yanvar

İlhamə Qədimova - DOSYE

Fins.az Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimovanın dosyesinin təqdim edir

  • 1975-ci ildə anadan olub.

  • 1992 Bakı şəhəri 183 nömrəli məktəbin fizika-riyaziyyat-informatika təmayüllü sınaq sinfini bitirib.

  • 1992-1993Ankara Universiteti Türkcə Öyrətim Mərkəzində türk dili və hüquq türkçəsi təhsili alıb.

  • 1993-1997Dövlətlərarası saziş əsasında Türkiyə Respublikasının Ankara və Mərmərə Universitetlərinin Hüquq Fakultəsində bakalavr təhsili alıb.

  • 1998-2001Dövlət hüququ üzrə Mərmərə Universiteti Sosial Elmlər İnstitutunda magistr təhsili alıb. 

  • 2002-2009Dövlət vəsaiti hesabına və Prezident təqaüdü ilə Mərmərə Universiteti Sosial Elmlər İnstitutunda doktorantura təhsili alıb və fəlsəfə doktoru elmi dərəcəsini əldə edib.

  • Özəl sektorda 11 il hüquqşünas və konsultant olaraq çalışıb.

  • 2010-2012 Azərbaycan Respublikası Prezidentinin yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın Hüquq sektorunda mütəxəssis və baş məsləhətçi olaraq fəaliyyət göstərib.

  • 20122012-ci ildən etibarən Vəkillər Kollegiyasının üzvüdür.

  • 2012-2018 Azərbaycan Respublikası Prezidentinin yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Hüquqi aktların ekspertizası sektorunun müdiri və Hüquqi təminat şöbəsinin müdiri olub.

  • 2018May-sentyabr aylarında Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Hüquq şöbəsinin müdiri vəzifəsində çalışıb.

  • 20182018-ci il 24 sentyabr tarixindən AR Prezidentinin 507 nömrəli Sərəncamı ilə Kənd Təsərrüfatı nazirinin müavini vəzifəsinə təyin edilib.

  • Türk, rus və ingilis dillərini bilir.

  • Evlidir, 2 övladı var.