AQRO

29 Dekabr

Azərbaycanda trans yağların normativ həddi aşağı salına bilər

"Azərbaycanda qida yağlarının tərkibində trans yağların normativ həddinin aşağı salınması məsələsi qanunla tənzimlənməlidir. Çünki hazırda Azərbaycanda trans yağlarla bağlı normativ hədd göstəricisi 8% təşkil edir. Bu rəqəm 2% olmalıdır".

Fins.az xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli deyib.

Onun sözlərinə görə, AQTA Avropa Qida Təhlükəsizliyi Agentliyinin tövsiyələrinə uyğun olaraq Azərbaycanda da trans yağların yuxarı həddinin 2% edilməsini istəyir: "Təbii ki, bu məsələ qanunvericilikdə öz əksini tapmalıdır".

Q.Təhməzli bildirib ki, energetik içkilərdə olduğu kimi trans yağlarla müvafiq normativ hüquqi sənədlər işlənilir: "Sənədlər hazır olduqdan sonra Ədliyyə Nazirliyinə təqdim olunacaq. Orada qeydiyyatdan keçdikdən sonra hüquqi qüvvəyə veriləcək". 

© REport