AQRO

26 Dekabr

Aqrar Kredit və İnkişaf Agentliyi kredit portfelini 112 milyon manata çatdırıb

Bu il Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) kredit portfelini 112 milyon manata çatdırıb.

Fins.az xəbər verir ki, bu barədə qurumun sədri Mirzə Əliyev məlumat verib. Onun sözlərinə görə, bu, ötən ilin yekunu ilə müqayisədə təxminən 50% çoxdur. “Kredit portfelinin böyüməsi 2020-ci ildə də davam edəcək”, - o deyib. Mirzə Əliyev bildirib ki, növbəti il hədəfləri kredit portfelinin həcmini 150 milyon manat çatdırmaqdır.