AQRO

26 Dekabr

Azərbaycanda gənc fermerlərə torpaq sahələri ayrılır

2019-cu ildə Aqrar Kredit və İnkişaf Agentliyi 260 gənc fermerə Lənkəran rayonunun 28 kəndində limon əkini üçün 51 hektar torpaq verib.

Fins.az-ın məlumatına görə, bunu Agentliyin sədri Mirzə Əliyev ilin yekunlarına həsr olunmuş mətbuat konfransı zamanı deyib.

O bildirib ki, 300 gənc fermer üçün 100 hektar sitrus bağında bərpa işləri aparılıb.

Onun sözlərinə görə, digər regionlarda da analoji işlər görülüb. Belə ki, Masalı rayonunda çayçılığın inkişafı üçün 90 gənc fermerə 5 kənddə 18 hektar torpaq verilib. Şəki rayonunda tütünçülüyün inkişafı üşün 100 gənc fermerə 5 kənddə 30 hektar ayrılıb. Şamaxı rayonunda üzümçülüyün inkişafı üçün 100 gənc fermerə 7 kənddə 25 hektar torpaq ayrılıb, eləcə də 300 gənc fermer üçün 30 hektar üzüm bağında bərpa işləri aparılıb.