AQRO

26 Dekabr

Xəzər dənizində nərə balıqlarının sənaye ovuna moratorium uzadılıb

Xəzəryanı dövlətlər nərə balıqlarının sənaye ovuna moratoriumun uzadılmasına dair razılıq verib.

Rusiyanın Balıqçılıq üzrə Federal Agentliyinin məlumatına görə, qərar 23-25 dekabr 2019-cu il tarixdə Tehranda keçirilən Xəzər dənizinin bioloji ehtiyatlarının qoruması, rasional istifadəsi Komissiyasının üçüncü iclasının protokolunda əksini tapıb.

İclasda Azərbaycan, Rusiya, İran, Qazaxıstan və Türkmənistan nümayəndə heyətləri iştirak edib.

© APA