AQRO

26 Dekabr

“Bu il 704 kənd təsərrüfatı layihəsi nağd pul vəsaiti ilə kreditləşdirilib"

“Bu il 704 kənd təsərrüfatı layihəsi nağd pul vəsaiti ilə kreditləşdirilib. Bunun üçün ayrılmış pul kreditinin məbləği 20,724 milyon manat olub. Hazırda 22 layihə icradadır”
 
Fins.az xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev deyib.
 
Onun sözlərinə görə, 2020-ci ildən başlayaraq, fermerlərə subsidiyalar EKTİS üzərindən AKİA vasitəsilə veriləcək.