AQRO

25 Dekabr

Toyuq məhsullarının Çinə ixracı ilə bağlı ölkənin müvafiq orqanlarına müraciət edilib

Qida Təhlükəsizliyi Agentliyi Azərbaycanda istehsal olunan toyuq məhsullarının Çinə ixracı ilə bağlı bu ölkənin müvafiq orqanına müraciət edib. Fins.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qida Təhlükəsizliyi Agentliyinin sədrinin müşaviri Elxan Mikayılov deyib. Onun sözlərinə görə, bu yaxınlarda ölkə olaraq bu səlahiyyət əldə olunacağı gözlənilir. "Bitkiçilik məhsullarından giləmeyvələrin, gilas, gilənar kimi məhsulların Çin və Koreya bazarına ixracı ilə bağlı aidiyyatı dövlət orqanları ilə iş aparılır. Burada ilkin olaraq dövlətlər arasında həll olunası məsələlər var ki, onlar həll olunmadığına görə həmin məhsulların ixracı mümkün olmur. Bunu nəzərə alaraq Agentlik artıq potensial ixrac bazarlarını araşdıraraq həmin ölkələrin səlahiyyətləri orqanları ilə o ölkələrin tələblərini Azərbaycanda yerinə yetirilməsi istiqamətində işlər aparır",- deyə E.Mikayilov qeyd edib.