AQRO

25 Dekabr

"Dövlət riskin 50 faizini öz üzərinə götürəcək"

Aqrar sığorta mexanizminin Azərbaycanda tətbiqinə başlanması kənd təsərrüfatının  inkişafını təmin edəcək əsas amillərdən biri kimi qəbul olunmalıdır. 

Fins.az xəbər verir ki, bunu Azərbaycanın Kənd Təsərrüfatı naziri İnam Kərimov bildirib.

Nazir qeyd edib ki, bu il Milli Məclis tərəfindən “Aqrar sığorta haqqında” qanun qəbul olunub, Nazirlər Kabineti Aqrar Sığorta Fondunun Nizamnaməsini və “Aqrar sığorta predmetinin tərkibini” təsdiqləyib. Bununla da ölkəmizdə ilk dəfə aqrar sğıortanın geniş miqyaslı tətbiqi üçün hüquqi baza formalaşıb. Azərbaycanda aqrart sığorta mexanizmi Türkiyənin TARSİM modelinin təcrübəsi əsasında qurulur. Bu model dövlət-özəl sektor əməkdaşlığına əsaslanır. Dövlət aqrar sığorta orqanı vasitəsilə sığorta risklərini öz üzərinə götürəcək, bir hissəsini isə təkrar sığorta vasitəsilə yenidən özəl sektora ötürəcək. Aqrar Sığorta Fondu Nazirlər Kabinetinin “Aqrar sığorta predmetinin tərkibi” haqqında qərarında göstərilmiş məhsullar üzrə sığorta prosesində iştirak edəcək və riskin 50 faizini öz üzərinə götürəcək. Məhsulların Aqrar Sığorta Fondu ilə özəl sığorta şirkətləri tərəfindən birgə sığortalanması investisiya risklərini azaldacaq, fermerlərə dövlət dəstəyini gücləndirəcək, məşğulluğa müsbət təsir edəcək, ərzaq təhlükəsizliyinə töhfə vermiş olacaq və sığorta bazarını gücləndirəcək. 

Gələn ildən Azərbaycanda aqrar sığorta sisteminin tətbiqinə başlanılması nəzərdə tutulur.

© Marja