AQRO

20 Dekabr

Azərbaycandan şəkər tozu ixracı artıb

Bu ilin yanvar-noyabr aylarında ölkədən 60 min 925 ton şəkər tozu ixrac olunub. Dövlət Gömrük Komitəsinin aylıq hesabatına görə, ixrac edilən şəkər tozunun dəyəri 26 milyon 396 min ABŞ dolları olub.

Xatırladaq ki, ötən ilin eyni dövründə 23 milyon 182 min dollarlıq 40 min 773 ton şəkər tozu ixrac edilib. Şəkər ixracı məbləğ ifadəsində 13,4%, miqdar ifadəsində isə 49,4% artıb. Miqdar ifadəsində artımın məbləğ ifadəsindəki artımdan daha çoz olması şəkərin xarici bazarlara satış qiymətinin aşağı düşdüyünə işarədir.

© Marja