AQRO

20 Dekabr

AQTA sədri: Gələn ildən idxal karantin sistemi tətbiq ediləcək

Gömrükdə şəffaflaşdırma işlərindən danışılırsa, burada qida təhlükəsizliyi kənarda qala bilməz.

Fins.az xəbər verir ki, bu sözləri Bakıda keçirilən “Xarici Ticarət İştirakçılarının 2-ci Respublika Forumu”nda çıxış edən Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli deyib.

Q.Təhməzlinin sözlərinə görə, gömrük keçid məntəqələrində idxal olunan qida məhsulları üç risk qrupunda quruplaşdırılır:

 

“Az riskli qida məhsulları sənədlərinin yoxlanması, orta riskli məhsulları sənədlərin yoxlanması və eyniləşdirmə, yüksək riskli məhsullar isə hər iksi tətbiq edilməklə idxalına şərait yaradılır.

Gələn ildən idxal olunan qida məhsulları üçün idxal karantin sistemi tətbiq ediləcək. Bunlar gömrük keçid məntəqələrinin yaxınlığında həyata keçiriləcək. Bu isə daha sürətli və keyfiyyətli keçidə şərait yaradacaq”.