AQRO

19 Dekabr

Bu il kənd təsərrüfatında baş verən HADİSƏLƏR

Kənd təsərrüfatı sahəsi bütün dünyada sosial-iqtisadi və siyasi problemlərinin həllində,  xüsusən də regionlarda yaşayan insanların məşğulluğunda müstəsna rol oynayır.

Fins.az Kənd təsərrüfatı sahəsindıə baş verən hadisələri xatırladır.

Yanvar

Tovuzda arıçılılara subsidiya verildi

Aqrar Xidmətlər Agentliyi yaradılıb

Azərbaycanca toxumluq əkinlərin qeydiyyatına başlanıldı.

Hindistinda palma yağının istehsalı və ixracı rekord həttə çatıb

Fevral

“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən rayon bölmələrindən uzaq məsafədə yerləşən qəsəbələrdə azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışına başlanıldı.

Almaniyanın Planty-of-meat şirkəti vegan burger təqdim edilib.

 

Mart

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Dövlət Aqrar Ticarət Şirkətinin "Kənddən Şəhərə" markası adı altında brendləşdirilmiş məhsulların, eyni adlı onlayn satış platformasının və mobil əlavənin təqdimat mərasimi keçirildi.

Tramp Çindən kənd təsərrüfatı məhsulları üçün rüsumun dərhal ləğv edilməsini istəyib

Aprel

Azərbaycanı kənd təsərrüfatı naziri İnam Kərimov və Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Bekir Pakdemirli Azərbaycanda pambıqçılığın inkişafına dair Niyyət Bəyannaməsini imzalayıblar. Həmçinin Kənd Təsərrüfatı İcra Komitəsinin 9-cu iclasının Protokolu imzalandı.

Azərbaycanda ilk dəfə istixana şəraitində zərərvericilərə qarşı bioloji mübarizə üsulu tətbiq olundu

Kanadada hava şəraiti raps istehsalçılarına kəskin dərəcədə ziyana saldı

 

 

May

Parisdə Azərbaycan mədəniyyət mərkəzində 15 ölkənin ərzaq məhsulları təqdim olundu

Respublika Komissiyası 2018-ci ildə subsidiya ala bilməmiş arıçılara 910460 manat subsidiya ödənilməsi barədə qərar qəbul etdi.

Çindən gətirilən 20 min qutu hibrid ipəkqurdu sənaye toxumlarının kümçülərə paylanmasına başlanılmışdı.

Azərbaycan dövlət aqrar universitetinin tədris-təcrübə təsərrüfati yenidən quruldu.

İyun

Prezident İlham Əliyev “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” fərman imzaladı.

Kənd Təsərrüfatı Nazirliyi dovşançılıq təsərrüfatı yaratdı

“Şəhərdən kəndə” layihəsinə start verildi

Çində donuz ətinin qiyməti kəskin bahalaşıb

İyul

“Kənddən Şəhərə” satış mərkəzinin Əhmədli filialı istifadəyə verildi

Lənkəran və Salyanda aqrokimya laboratoriyaları istifadəyə verildi

Azərbaycan gilası Nigeriyaya ixrac edildi

Kolumbiya kofe istehsal edən ölkələrə assosiyasıya yaratmağı təklif etdi. 

Avqust

Azərbaycan Dövlət Aqrar Universitetinə bu il rekord sayda tələbə qəbul olub.

Bu ilin 6 ayı ərzində Azərbaycanın kənd təsərrüfatında 13% artım qeydə alındı

Braziliyada 500 milyon arı öldü

Sentyabr

Cari ilin 8 ayında fındıq ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 89,9 faiz artdı

Arıçılıq məhsullarının satışı başladıldı.

Azərbaycanda kombaynlar vasitəsilə kütləvi pambıq yığımına başlanılıb.

Kartof toxumlarının tədarükünə başlanıldı

ABŞ-da buğda keyfiyyəti nəm yığım şəraiti ilə əlaqədar pisləşib

Oktyabr 

Kənd Təsərrüfatı Nazirliyi yanında Barama İstehsalçıları Şurası yaradıldı.

Azərbaycanda ilk dəfə “Respublika toxum sərgi-satış” yarmarkası keçirildi

İranın Kənd Təsərrüfatı naziri Mahmud Hüccətinin istefa ərizəsi prezident Həsən Ruhani tərəfindən qəbul edilib.

Noyabr

Noyabrın 27-dək ölkə üzrə pambıq qəbulu məntəqələrinə 290 min 145 ton məhsul təhvil verildi.

Azərbaycanda aqrar sığorta mexanizminin yaradılmasına başlanılıb.

Fransada kənd təssərrüfatı işçiləri etiraz aksiyası keçirirdilər.

Azərbaycanda ilk dəfə olaraq kənd təsərrüfatı sahəsi üzrə qrant müsabiqəsi keçirildi

 “Az Agro Tek” MMC ləğv olundu

Dekabr

Çindən Azərbaycana 1 milyon ədəd tut tingi gətirildi

Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin kənd təsərrüfatı nazirlərinin VI iclası keçirildi.

Gürcüstandan mal-qara ixracı sərtləşdirildi