AQRO

18 Dekabr

Azərbaycan xaricdən kartof alışını kəskin artırıb

Azərbaycana xaricdən kartof idxalı kəskin artıb.

Fins.az-ın məlumatına görə, 2019-cu ilin yanvar-oktyabr aylarında Azərbaycana 40 milyon 492 min dollar dəyərində 150,5 min ton kartof idxal edilib. 2018-ci ilin yanvar-oktyabr aylarına isbətən kartof idxalı miqdar ifadəsində 36,5%, məbləğ ifadəsində 43,1% artıb.

İXRACI AZALIB

2019-cu ilin yanvar-oktyabr aylarında Azərbaycandan 26 milyon 827 min dollar dəyərində 61,7 min ton kartof ixrac edilib. 2018-ci ilin yanvar-oktyabr aylarına isbətən kartof ixracı miqdar ifadəsində 7,2%, məbləğ ifadəsində isə 9,4% azalıb.

İSTEHSALI ARTIB

2019-cu il dekabr ayının 1-nə kimi sahələrdən 993,8 min ton (11,7 faiz çox) kartof yığılıb. Əkilmiş sahələr 100% yığılıb. Ötən il ölkəmizdə 889,4 min ton kartof istehsal edilmişdi.

© Marja